6 C
Baku
Thursday, February 29, 2024

Bayden bir kəlməsi ilə əczaçılıq şirkətlərini 10 mlrd. dollardan məhrum edib

ABŞ Prezidenti Co Bayden koronavirusla mübarizə aparan böyük şirkətin pullarını təsadüfən kəsib. Məlum olub ki, bu asandır – sadəcə pandemiyanın sonunu elan etmək lazımdır. Amerika  liderinin “CNBC”nin efirində etdikləri planda yox idi, Bayden qəfil danışmaq qərarını verdi.

“Moderna”, “BioNTech” və “Novavax” kotirovkalarının düşməsi 9%-ə çatıb, “Pfizer” isə 2% itirib. Onlardan fərqli olaraq “S&P 500” indeksi demək olar ki, dəyişməz qalıb.

Banker.az bu barədə “Secretmag”a istinadən xəbər verir.

Analitiklər qeyd ediblər ki, investorlar əczaçılıq şirkətlərinə sərmayə qoymaqda maraqlı deyillər, çünki cəmiyyət pandemiyanın müzakirəsindən yorulub.

Əczaçılıq nəhəngləri koronavirusdan çox yaxşı pul qazanıblar. 2021-ci ildə ABŞ hökuməti COVID-19-a qarşı peyvənd və dərmanların hazırlanmasını dəstəkləmək üçün təxminən 12 milyard dollar ayırıb.2021-ci ilin əvvəlində “Pfizer”in bir il ərzində dərman satışından ən azı 15 milyard dollar qazanacağını gözlədiyi bildirilib.

Eyni zamanda, 2021-ci ildə “Pfizer” və “BioNTech” dünyanın “ən nüfuzlu şirkətləri” siyahısında olub.

Son xəbərlər
Digər xəbərlər