10 C
Baku
Friday, December 13, 2024

Bayden bir sıra Çin şirkətlərinə sərmayə qoyuluşu qadağasını uzadıb

ABŞ prezidenti Co Bayden Çin ordusu ilə əlaqəli bir sıra şirkətlərə investisiya qoyuluşuna tətbiq olunan qadağanı bir il müddətinə uzadıb.

Banker.az xəbər verir ki, bu barədə Ağ Ev məlumat verib.

Təcili uzadılma bildirişində sanksiyaların hüquqi əsası göstərilib. Prezident Çinin “hərbi və kəşfiyyat sursatını inkişaf etdirmək və modernləşdirmək üçün Amerika kapitalından istifadə etdiyini” söyləyib.

“Bəzi ÇXR şirkətlərini maliyyələşdirən qiymətli kağızlara investisiya təhlükəsi səbəbindən 13959 saylı fərmanla elan edilmiş və 14032 fərmanla genişləndirilmiş milli fövqəladə vəziyyət rejimini bir il müddətinə uzadıram”, – Baydenin açıqlamasında deyilir.

Qeyd edək ki, müşayiət olunan məhdudiyyətlərlə birlikdə fövqəladə vəziyyət rejimi 2020-ci il noyabrın 12-də tətbiq edilib və 2021-ci il iyunun 3-də uzadılıb.

Son xəbərlər
Digər xəbərlər