8 C
Baku
Wednesday, October 30, 2024

Bayden Çini ABŞ-ın ən böyük rəqibi adlandırıb

ABŞ prezidenti Co Bayden Çini ABŞ-ın əsas rəqibi adlandırıb və Vaşinqtonun Pekinlə “güc mövqeyindən” rəqabət aparacağına dair vəd verib.

“RİA Novosti” xəbər verir ki, bunu ABŞ prezidenti Co Bayden ölkənin xarici siyasəti üzrə Dövlət Departamentindəki nitqində bildirib.

“Mən, həmçinin çiçəklənməyimizə, təhlükəsizliyimizə və demokratiyamıza qarşı etdiyi təhdidlərlə bağlı ən böyük rəqibimiz Çinlə birbaşa məşğul olacağam. Çinin iqtisadiyyatdakı inhisarçılığını məhdudlaşdıracağıq, təcavüzkar hərəkətlərinə və şantajına qarşı çıxacağıq və Çinin insan haqlarına, intellektual mülkiyyətə və qlobal idarəetmə təcrübələrinə qarşı hücumları ilə mübarizə aparacağıq. Ancaq Amerika maraqlarına uyğun olacağı halda, Pekinlə işləməyə də hazırıq. Biz güc mövqeyindən rəqabət aparacağıq”, – Bayden belə deyib.

Qeyd edək ki, Çin indiyədək Baydenin bütün ittihamlarını rədd edib.

Son xəbərlər
Digər xəbərlər