ABŞ Prezidenti Cozef Bayden fevralda Avropaya səfər edə bilər.
Bu barədə “NBC News” telekanalının jurnalisti Coş Lederman sosial şəbəkələrdə yazıb.
“Bayden gələn ay Avropaya səfər etmək imkanlarını nəzərdən keçirir”, – o, adını açıqlamadığı mənbələrinə istinadən bildirib.
C.Baydenin dəqiq hara gedəcəyi qeyd olunmayıb.