18 C
Baku
Saturday, April 27, 2024

Bayden ikinci müddətə namizəd olacaq

Amerika televiziya kanalları “NBC News” və “CNN”in məlumatına görə, ABŞ prezidenti Co Bayden 2024-cü il seçkilərində demokratların namizədi kimi iştirak etmək qərarına gəlib. Cənab Bayden seçkilərdə iştirakı ilə bağlı rəsmi açıqlama verməyib.

“NBC News”un məlumatına görə, ABŞ prezidenti ikinci müddətə namizədliyini açıq elan etməyə tələsməyəcək. Telekanal iki səbəbi adlandırır: Respublikaçılar Partiyasından ABŞ-ın keçmiş prezidenti Donald Trampın cinayət təqibinə diqqət və 2024-cü il üçün büdcə xərcləri ilə bağlı Konqresdə respublikaçılarla debatlar.

“CNN” mənbələrinin məlumatına görə, Co Bayden 2023-cü ilin yayında seçkilərdə iştirak edəcəyini açıq elan edəcək.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər