Bayden ikinci pandemiyanın gəlişi barədə xəbərdarlıq etdi

ABŞ prezidenti Co Bayden ikinci pandemiyanın gəlişi barədə xəbərdarlıq edib. O, bu barədə 5 yaşa qədər uşaqlar üçün COVID-19-a qarşı peyvəndlə bağlı müraciətində deyib.

“Bizə təkcə uşaqların vaksinasiyası üçün deyil, ikinci pandemiyaya hazırlıq üçün də pul lazımdır. Başqa bir pandemiya olacaq, bu barədə qabaqcadan düşünməliyik”, – deyə dövlət başçısı bildirib.

Ağ Ev rəhbəri bunun hansı pandemiya olacağı və dəqiq nə vaxt baş verəcəyi ilə bağlı əlavə şərh verməyib.

MənbəOxu.az
Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər