7 C
Baku
Sunday, December 15, 2024

Bayden iyulda Böyük Britaniyaya səfər etməyi planlaşdırır

ABŞ Prezidenti Cozef Bayden gələn ay Böyük Britaniyaya qısamüddətli rəsmi səfər etməyi planlaşdırır.

Bu barədə “The Independent” hökumət dairələrindəki mənbələrə istinadən məlumat yayıb.

Amerika lideri səfər çərçivəsində Kral III Çarlz və baş nazir Rişi Sunak ilə görüşlər keçirməyi planlaşdırır.

Baydenin Londona səfəri iyulun 11-də Vilnüsdə start götürəcək NATO sammitindən dərhal əvvəl baş tutacaq.

Qeyd edək ki, Bayden aprel ayında III Çarlzdan Böyük Britaniyaya səfər etmək üçün rəsmi dəvət alıb.

Baydenin keçən həftə Vaşinqtona səfər edən Sunakla bu il beşinci görüşünü keçirməsi də planlaşdırılır.

Son xəbərlər
Digər xəbərlər