6 C
Baku
Saturday, December 14, 2024

Bayden Konqresdən ölkə tarixində ən böyük hərbi büdcə tələb etmək niyyətindədir

ABŞ prezidenti Cozef Baydenin administrasiyası Konqresdən silahların tədarükü ilə bağlı 2024-cü il üçün ölkə tarixində ən böyük hərbi büdcə tələb etmək niyyətindədir.

Bu barədə “Politico” nəşri ABŞ müdafiə nazirinin maliyyə məsələləri üzrə müavini Maykl Makkordun bəyanatına istinadən məlumat yayıb.

Onun sözlərinə görə, ABŞ-ın müdafiə qurumu Ukraynadakı münaqişədə Kiyevin silahla təchizatına və dəstəklənməsinə sərmayə qoyacaq.

“Mən bunun Konqresin keçən il təsdiqlədiyindən daha çox olacağını gözləyirəm”.

Nəşrin məlumatına görə, Bayden administrasiyası martın 9-da ictimaiyyətə açıqlanacaq büdcə layihəsinin maliyyə miqdarı ilə bağlı qərar verməyə çox yaxındır.

Qeyd edək ki, ABŞ-ın 2022-ci il üçün müdafiə xərcləri rekord həddə – 858 milyard dollar olub.

Son xəbərlər
Digər xəbərlər