13 C
Baku
Monday, May 6, 2024

Bayden Mərkəzi Asiya ölkələrinin liderləri ilə görüşüb

ABŞ, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistan (C5+1 formatı) təhlükəsizlik, iqtisadiyyat və enerji sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir.

Bu barədə ABŞ lideri Cozef Baydenin Nyu-Yorkda BMT Baş Assambleyasının 78-ci sessiyası çərçivəsində beş Mərkəzi Asiya ölkəsinin prezidentləri ilə görüşündən sonra qəbul edilmiş birgə bəyanatda deyilir.

“Biz regional çağırışlarla mübarizədə və Mərkəzi Asiya dövlətlərinin suverenliyinin və müstəqilliyinin qorunmasında təməl daşı hesab edərək, təhlükəsizlik sahəsində əməkdaşlığı gücləndirmək niyyətimizi təsdiqlədik.

Biz başa düşürük ki, Əfqanıstandakı vəziyyət Mərkəzi Asiyanın təhlükəsizliyinə və sabitliyinə təsir edən mühüm amil olaraq qalır və müdafiə, hüquq-mühafizə və terrorla mübarizə məsələlərində əməkdaşlığa sadiq qalırıq.

Biz məlumat mübadiləsinin artırılması, sərhəd təhlükəsizliyi və təhlükəsiz miqrasiya üzrə əməkdaşlıq, Suriyanın şimal-şərqindən vətəndaşların repatriasiyasına dəstək və terrorizmlə mübarizədə və zorakılığa səbəb olan radikallaşmanın qarşısının alınmasında ən yaxşı təcrübələrin paylaşılması da daxil olmaqla əməkdaşlığı dərinləşdirmək niyyətindəyik”,- deyə sənəddə deyilir.

Beş Mərkəzi Asiya ölkəsinin liderləri həmçinin Amerikanın özəl sektoru ilə ticarət üçün daha əlverişli biznes mühitinin yaradılmasının sürətləndirilməsinə və investisiyaların artırılmasına sadiq olduqlarını bildiriblər:

“Bu məqsədlə onlar daimi əsasda normal ticarət əlaqələrinin qurulması istiqamətində çalışmaq niyyətindədirlər”.

MənbəReport
Son xəbərlər
 ⁠
Digər xəbərlər