8 C
Baku
Thursday, December 12, 2024

Bayden mobil telefonundan tam istifadə edə bilmədiyini etiraf edib

ABŞ Prezidenti Cozef Bayden mobil telefonundan istifadə zamanı çətinlik çəkdiyini etiraf edib və problemlərin həllində qızının ona kömək etdiyini bildirib.

Bu barədə xarici mətbuat xəbər verir.

Cozef Bayden qiymət endirimi tədbirində xüsusən elektron mallar kontekstindəki səylərdən danışıb. ABŞ Prezidentinin sözlərinə görə, bəzi iri smartfon istehsalçıları artıq istifadəçilərə cihazları özləri təmir etməyə imkan verir, belə imkanlar yaradır.

“Bunu necə edəcəyimi bildiyimə əmin deyiləm. Telefonla bağlı hər hansı problemim olanda qızıma zəng edirəm”, – Bayden deyib.

Tədbir Ağ Evin saytında yayımlanıb.

Son xəbərlər
Digər xəbərlər