2 C
Baku
Saturday, December 14, 2024

Bayden NATO sammitindən sonra Ukrayna ilə bağlı “vacib çıxış” edəcək

ABŞ prezidenti Co Bayden NATO sammitindən dərhal sonra Ukraynanı dəstəkləyən və demokratiya dəyərlərini müdafiə edən bəyanatla çıxış edəcək.

Bu barədə Ağ Ev məlumat yayıb. Alyans liderlərinin görüşü iyulun 11-dən 12-dək Vilnüsdə keçirilməlidir.

The Washington Post-un daha əvvəl yazdığı kimi, Bayden Ukraynaya kaset sursatlarının tədarükünü təsdiqləyib. Qəzetin yazdığına görə, söhbət 155 mm-lik haubitsalar üçün M864 artilleriya mərmilərindən gedir. Mərmilərin Pentaqonun ehtiyatlarından götürüləcəyi dəqiqləşdirilir.

Son xəbərlər
Digər xəbərlər