21 C
Baku
Monday, April 29, 2024

Bayden yenə Putini diktator adlandırıb

ABŞ Prezidenti Co Bayden növbəti seçkilərdə ehtimal olunan rəqibi Donald Trampın siyasi baxışlarını şərh edərkən Rusiya lideri Vladimir Putini diktator adlandırıb, Banker.az bu barədə RBC-ya istinadən xəbər verir.

“Mən Putin kimi diktatorların tərəfində olmayacağam. Ola bilsin ki, Tramp və onun MAGA-dakı (Make America Great Again) dostları əyilə bilər, amma mən bunu etməyəcəm”, – deyə Bayden söyləyib.

ABŞ prezidenti vurğulayıb ki, Tramp Amerika demokratiyasını məhv etməyə çalışarkən bəzi insanlar onun yaşına həddindən artıq diqqət yetirirlər. Mart ayında Tramp yenidən prezident seçiləcəyi təqdirdə 24 saat ərzində Ukraynada genişmiqyaslı döyüşləri dayandıracağını vəd etmişdi.

Son xəbərlər
 ⁠
Digər xəbərlər