5 C
Baku
Saturday, December 14, 2024

Bayden: “Putinin əməllərinə cavab verməsi üçün Britaniya ilə əməkdaşlığımızı davam etdirəcəyik”

Böyük Britaniyanın Baş naziri Boris Consonun istefasından sonra ABŞ Prezidenti Co Bayden bu ölkə ilə əməkdaşlığın davam etdiriləcəyini gözlədiyini açıqlayıb.

ABŞ Prezidenti bu haqda bəyanat yayıb.

“Bir çox prioritet məsələlərdə Böyük Britaniya hökuməti, eləcə də dünya üzrə müttəfiqlərimiz və tərəfdaşlarımızla sıx əməkdaşlığımızı davam etdirməyi gözləyirik”, – bəyanatda qeyd olunub.

Bu əməkdaşlığın Ukraynaya dəstəyin davamını ehtiva etdiyini deyən Bayden, Rusiya Prezidenti Vladimir Putinin əməllərinə görə cavab verməsi üçün Böyük Britaniya ilə əməkdaşlığı davam etdirəcəklərini qeyd edib.

MənbəQafqazinfo
Son xəbərlər
Digər xəbərlər