“Rusiya Prezidenti Vladimir Putin inanılmaz dərəcədə çətin vəziyyətdədir və Ukrayna vətəndaşlarına qarşı qəddar rəftara əl atmağa məcburdur”.
Bunu “Fox Business”ə ABŞ Prezidenti Co Bayden deyib.
“Düşünürəm ki, Vladimir Putin inanılmaz dərəcədə çətin vəziyyətdədir və mənə elə gəlir ki, bu, onun əlində olan yeganə vasitədə, Ukrayna vətəndaşlarını qorxutmaq və onları təslim olmağa məcbur etməkdə əksini tapıb” – Bayden əlavə edib.