15 C
Baku
Tuesday, April 30, 2024

Bayden seçki kampaniyası üçün 72 milyon dollar ianə toplayıb

Bayden seçki kampaniyası üçün 72 milyon dollar ianə toplayıb

Yenidən dövlət başçısı seçilmək istəyən ABŞ Prezidenti Cozef Bayden ikinci rübdə seçki kampaniyası aparmaq üçün təxminən 72 milyon dollar ianə toplayıb.

Bu barədə “The Hill” qəzeti məlumat yayıb.

Bayden hesabat dövründə toplanan vəsait baxımından ABŞ seçki yarışının ən uğurlu iştirakçısı olub. Demokratların seçki qərargahında, son hesablamalara görə, ümumilikdə 77 milyon dollar var.

Əvvəlki Amerika lideri, yenidən prezident kürsüsündə əyləşməyən çalışan Donald Tramp ikinci rübdə kampaniya üçün 35 milyon dollar, birinci rübdə isə təxminən 18 milyon dollar toplayıb.

Tramp kimi gələn il Respublikaçılar Partiyasından namizədliyini irəli sürən Florida qubernatoru Ron Desantis ikinci rübdə 20 milyon dollar ianə toplayıb.

Seçkiqabağı yarışa daha əvvəl qatılan demokrat kiçik Robert Kennedinin siyasi mübarizə üçün 6,3 milyon dolları var. “Politico” qəzetinin yazdığına görə, vəsaitin bir hissəsi ona adətən seçkilərdə respublikaçı namizədləri dəstəkləyən siyasi donorlar tərəfindən verilib.

ABŞ-da növbəti prezident seçkiləri 2024-cü ilin noyabrında keçiriləcək. Bayden aprelin 25-də hökumətin ən yüksək vəzifəsinə yenidən seçilmək istəyəcəyini açıqlamışdı. Tramp daə 2022-ci ilin noyabrında prezidentlik uğrunda mübarizə aparacağını bəyan edib.

Son xəbərlər
 ⁠
Digər xəbərlər