9 C
Baku
Thursday, December 12, 2024

Bayden Suriyaya qarşı sanksiyaları daha bir il uzadıb

ABŞ Prezidenti Co Bayden Suriyaya qarşı birtərəfli sanksiyaları daha bir il uzatmaq qərarına gəlib.

Bu barədə Ağ Ev tərəfindən dərc edilən bildirişdə deyilir.

Söhbət 2004-2012-ci illər ərzində Vaşinqtonun Dəməşqə qarşı ardıcıl olaraq tətbiq etdiyi müxtəlif məhdudlaşdırıcı tədbirlərin qüvvədə saxlanılmasından gedir. Bu məhdudiyyətlər, xüsusilə, ABŞ-ın yurisdiksiyasında olan bəzi fiziki və hüquqi şəxslərin aktivlərinin bloklanmasını, həmçinin Amerika mallarının və xidmətlərinin müəyyən kateqoriyalarının Suriyaya ixracına qadağa qoyulmasını nəzərdə tutur.

Sənəddə qeyd edilir ki, Suriya rejiminin hərəkətləri “ABŞ-ın milli təhlükəsizliyi, xarici siyasəti və iqtisadiyyatı üçün” təhlükə yaradır. Bununla əlaqədar 2004-cü il mayın 11-də elan edilmiş fövqəladə vəziyyət və görülən tədbirlər “11 may 2023-cü ildən sonra da davam etdirilməlidir”.

“Ona görə də Suriya hökumətinin hərəkətləri ilə əlaqədar elan edilmiş fövqəladə vəziyyətin müddətini bir il uzadıram”, – deyə C.Bayden bildirib.

Son xəbərlər
Digər xəbərlər