10 C
Baku
Friday, December 13, 2024

Bayden Türkiyəyə F-16-ların satışı ilə bağlı Konqreslə işləməyə hazırdır

ABŞ prezidenti Co Bayden Türkiyənin F-16 qırıcıları parkının modernləşdirmə planlarını dəstəkləyir və bu məsələdə Konqreslə işləməyə hazırdır.

Bu barədə ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Daq Cons bildirib.

D.Cons qeyd edib ki, F-16 qırıcılarının Türkiyəyə satılması və onların modernləşdirilməsi məsələsi uzun müddətdir ABŞ-ın gündəmindən düşmür:

“C.Bayden bu satışı dəstəkləyir. Bununla belə, C.Bayden açıq şəkildə bildirib ki, satışın davam etməsi üçün Konqresin razılığı lazımdır. Liderlər (Türkiyə və ABŞ prezidentləri) bu məsələni müzakirə ediblər. (Madrid) sammitdən sonra administrasiyamızın mövqeyi dəyişməyib. Biz bu satışı dəstəkləyirik. C.Bayden bu məsələdə Konqreslə işləməyə hazırdır”. – deyə ABŞ Dövlət Departamentinin nümayəndəsi qeyd edib.
MənbəTrend
Son xəbərlər
Digər xəbərlər