14 C
Baku
Friday, May 17, 2024

Bayden üçüncü dəfə peyvənd olundu

ABŞ prezidenti Co Bayden üçüncü dəfə peyvənd olunub.

Banker.az xəbər verir ki, keçən həftə ölkənin tibb orqanları 65 yaşdan yuxarı insanlar və müxtəlif risk qruplarından olan gənclər üçün “Pfizer” peyvəndinin üçüncü dozasını təsdiq edib.

“Mən bilirəm ki, nə qədər cavan görünsəm də, yaşım 65-dən çoxdur. Bu səbəbdən uçucu dəfə peyvənd olunuram”, – deyə Bayden qeyd edib.

Çoxsaylı televiziya kameraları qarşısında prezident pencəyini çıxararaq peyvənd olunub. O bildirib ki, ABŞ-ın birinci xanımı da üçüncü dəfə peyvənd olunacaq.

78 yaşı olan Bayden dekabr və yanvar aylarında “Pfizer” ilə peyvənd olunub. Bu onun ABŞ-ın prezidenti vəzifəsində olmadığı dövrdə baş verib.

Son xəbərlər
 ⁠
Digər xəbərlər