13.3 C
Baku
Bazar ertəsi, Noyabr 29, 2021

Baydendə potensial olaraq xərçəng xəstəliyi yarada bilən şiş kəsilərək götürülüb

ABŞ həkimləri kolonoskopiya zamanı ABŞ Prezidenti Co Baydendə boruvari adenoma – xoşxassəli, lakin potensial olaraq xərçəng öncəsi formalaşma kimi müəyyən ediblər.

Bu barədə Ağ Evin həkimi Kevin O Konnor bildirib.

Bayden keçən həftə tibbi müayinədən keçib, həkimlər Prezidentin səhhətinin ona heç bir məhdudiyyət olmadan dövlət başçısı və ali baş komandanlıq vəzifələrini yerinə yetirməyə imkan verdiyi qənaətinə gəliblər.

Qeyd edilir ki, Prezidentin bağırsağından 3 mm-lik xoşxasəli polip (xərçəng xəstəliyinə çevrilmə ehtimalı yüksək olan şiş-red) çıxarılıb… Histoloji (orqanizmin toxumalarının morfoloji-funksional xüsusiyyətlərinin tədqiqi) müayinədən keçən nümunə 2008-ci ildə ondan çıxarılan polipə bənzər boru adenoması kimi müəyyən edilib.

O Konnor qeyd edib ki, boru adenoması xoş xassəlidir və yavaş-yavaş böyüyür, lakin “hazırda əlavə müdaxilə tələb etməyən potensial xərçəng qabağı lezyon (toxuma və ya orqanı əhatə edən anormal dəyişiklik – red)” hesab olunur.

Mənbə:Report
Son xəbərlər
Oxşar xəbərlər
X