7 C
Baku
Thursday, December 12, 2024

Baydenin baş iqtisadi müşaviri istefa verməyə hazırlaşır

Ağ Evin Milli İqtisadi Şurasının rəhbəri Brayan Diz tutduğu vəzifəni tərk etmək niyyətindədir.

Bu barədə mənbələrə istinadən “Bloomberg” məlumat yayıb.

Qeyd olunub ki, 44 yaşlı Dizin 2020-ci ildən tutduğu vəzifəsini gələn ilin yaz və yayında tərk edəcəyi gözlənilir.

Lakin, ABŞ prezidenti Cozef Baydenin administrasiyası ölkə iqtisadiyyatının ciddi təzyiq altında olduğu bir şəraitdə aparıcı iqtisadi məsləhətçinin gedişini istəmir.

Dizanın əvəzi olaraq Ağ Ev Xəzinədarlıq katibinin müavini Adevale Adeyemonun namizədliyi nəzərdən keçirilir. Bundan əlavə, artıq ABŞ-ın 44-cü prezidenti Barak Obama dövründə Milli İqtisadi Şuraya rəhbərlik etmiş və hazırda ölkənin infrastrukturunun inkişafı paketinin həyata keçirilməsi üzrə Ağ Evin koordinatoru vəzifəsində çalışan Cin Sperlinq bu vəzifəyə müraciət edə bilər.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər