ABŞ prezidenti Co Bayden BMT-nin 77-ci sessiyasında şəxsən iştirak edəcək.
Bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, Bayden sentyabrın 18-də Nyu-Yorka yola düşəcək. Dövlət başçısı 19, 20 sentyabr tarixlərində sessiyada iştirak edəcək.
BMT-nin 77-ci sessiyası 20-26 sentyabr tarixlərində keçiriləcək. Sessiya çərçivəsində Baydenin Türkiyə prezidenti ilə görüşəcəyi də istisna edilmir.