ABŞ dövlət başçısı Co Baydenin prezidentlik dövrünün ilk 100 günündə Amerikanın 100 ən varlı adamının varidatı 195 milyard ABŞ dolları artıb.
Bu barədə “Bloomberg” agentliyi xəbər yayıb.
ABŞ-ın 100 ən varlısının sərvəti 20 yanvardan 30 aprelə qədər 195 milyard ABŞ dolları artaraq 2,9 trilyon ABŞ dollarına çatıb.
Xatırladaq ki, ABŞ-ın ən aşağı gəlirli vətəndaşlarının yarısının ümumi sərvəti cəmi 2,5 trilyon ABŞ dollarıdır.