13 C
Baku
Çərşənbə axşamı, Dekabr 7, 2021

Baydenin ehtiyata “əl atması” nefti ucuzlaşdırmır, əksinə, bahalaşdırır

ABŞ prezidentinin ötən gün qiymətlərin yumşaldılması üçün strateji neft ehtiyatlarından bazara əlavə neft çıxaracağı açıqlamasına rəğmən qiymətlər bahalaşaraq, 82 dolların üzərinə çıxdı.

Banker.az xəbər verir ki, yanvar fyuçersi üzrə Brentin barreli 82.23 dollara çatdı, bu ötən gün 78-79 dollar aralığında idi. WTI neftinin qiyməti 8 sent, yaxud 0.10% bahalaşmaqla 78.58 dollara yüksəlib.

ABŞ Çin, Hindistan, Yaponiya, Cənubi Koreya və Böyük Britaniya ilə birlikdə strateji neft ehtiyatlarının bir hissəsini bazara çıxarmaq qərarına gəliblər. ABŞ öz ehtiyatından 50 mln. barrel bazara çıxarır. Lakin cari durumda treyderlər neftə yarana biləcək tələb qarşısında hazırda bu neft həcmini o qədər də yüksək saymır. Əlavə olaraq isə neft ehtiyatdan, tükənə biləcək resursdan bazara çıxarılır.

ABŞ neft ixracatçıları alyansı olan OPEC plusdan cari ayın ilk həftəsində planlaşdırlan iclasda neftin hasilatının artırılması xahişini etmişdi. Həmin dövrə qədər isə ABŞ lideri Co Bayden Səudiyyə Ərəbistanı və Rusiyanı neftə yaranmış tələbə qarşı adekvat təchizat etməməkdə günahlandırmışdı.

Azərbaycanında bu qrupda olduğu OPEC+ isə noyabrın 4-də neft hasilatını planlaşdırılmış – hər ayda 400 000 barrel artımından kənara çıxmadı.

“Goldman Sachs” analitikləri dərc olunmuş hesabatda bildiriblər ki, neft ehtiyatlarının razılaşdırılmış şəkildə satışı bazara cəmi 70-80 milyon barel neft gətirə bilər ki, bu da ehtimal olunan 100 milyon bareldən xeyli azdır.

“Rystad Energy”nin baş analitiki Luis Diksona görə, hazırda nəhəng neft istehlakçılarının ehtiyatdan xərcləməsi qiymətlərə 1-2 ay təzyiq gücünə malikdir. Ehtiyatların gələcəkdə boşalması isə, onsuzda az olan neftə tələbi daha da gərginləşdirə bilər.

 

Son xəbərlər
Oxşar xəbərlər
X