15 C
Baku
Saturday, April 20, 2024

Baydenin qərarı öncəsi kriptovalyuta “stress” yaşayır – $200 mlrd. göyə sovruldu

Bitkoin və digər rəqəmsal valyutaların dəyəri ABŞ prezidenti Co Baydenin varlıların ödədiyi kapital vergisinin bir qədər də artırılması ehtimalları ilə artıq azca “stress” içinə girir. Dinamika göstəriciləri tablolarda indi qırmızı rəngə boyanıb.

Banker.az “Coin Metrics”ə istinadla xəbər verir ki, dünyada kapitalizasiyası və dəyərinə görə ən böyüyü bitkoinin qiyməti son bir gündə $55 112-lərdən  $48 150-lərə qədər kəskin eniş yaşadı. Bu da $6 962, yaxud 13% qiymət itkisi deməkdir. Bakı vaxtı ilə 15:10 radələrinə olan göstəriciyə görə $49 702 qiymətində ticarət olunur.

Bu azalma mart ayından bu tərəfə ilk dəfədir ki, bitkoinin qiyməti $50 000-dən aşağı ticarət olunur. Dördüncü ən böyük kriptovalyuta olan “XRP” 19% dəyər itkisi ilə üzləşib.

This wiped out more than $200 billion of value from the entire cryptocurrency market, according to data from

“CoinMarketCap”-in göstəricilərinə istinad etsək, bu kriptovalyuta bazarından ~$200 milyardlıq vəsaitin yuyulub, yoxa çıxması deməkdir.

ABŞ Prezidenti Cozef Bayden varlıların ödədiyi kapital vergisinin 2 dəfə artırılması təklifi ilə çıxış etmək niyyətindədir. Yeni seçilmiş demokrat prezident bununla ölkə vətəndaşları arasında bərabərliyi təmin etmək, sosial xərclərin böyük hissəsini ödəmək istəyir.

Hazırda ABŞ-da kapital vergisi hər 1 milyon dollar vəsaitə görə 20%-dir. Prezident bu nisbətin 39.6%-ə çatdırılmasını istəyir.

Uzunmüddətli kapital gəlirlərin vergisini əlavə dəyər vergisi daxil ən varlı amerikalılar üçün isə 43.4%-ə qədər yüksəltmək istəyir.

Son xəbərlər
Digər xəbərlər