ABŞ prezidenti Co Baydenin reytinqi Əfqanıstanda baş verən hadisələr fonunda 46%-ə düşüb. Verilən məlumata görə, bu göstərici Baydenin prezident olduğu dövrdə ən aşağı hesab olunur.
Banker.az bu barədə “Kommersant”a istinadən xəbər verir.
Ötən həftə Kabilin ələ keçirilməsindən əvvəl keçirilən analoji sorğu nəticəsində Co Baydenin reytinqi 7% düşüb. Daha əvvəl amerikalıların 53%-i prezidentin fəaliyyəti haqqında müsbət tonda danışıb. Bildirilir ki, Baydenin Əfqanıstandakı vəziyyətlə bağlı hərəkətlərinin təsdiqləmə səviyyəsi keçmiş prezident Corc Buşdan daha aşağı olduğu ortaya çıxıb.
“Ipsos” sorğusuna görə, amerikalıların 75%-i təhlükəsizliyi təmin etmək üçün ABŞ-ın Əfqanıstana əlavə əsgər göndərməsini dəstəkləyir. Təxminən eyni sayda ABŞ vətəndaşı əfqanların təxliyəsinin tərəfdarı olduğunu söyləyir.
İyul ayında Əfqanıstandakı Amerika qoşunlarının geri çəkilməsi fonunda hökumət qüvvələri silahlılar arasında qarşıdurma başlayıb. 15 avqustda “Taliban” üzvləri Kabilə daxil olub və bütün ölkəni ələ keçirib. Prezident Əşrəf Qani istefa verib və Əfqanıstanı tərk edib