ABŞ prezidenti Co Baydenin reytinqi vəzifəsinin ikinci ilinin əvvəlində 41%-ə düşüb.
Bu barədə “Pew Research”in sorğusunun nəticələrindən aydın olur.
“Hazırda yetkin amerikalıların yalnız 41% -i Baydenin işini bəyənir. Bu göstərici sentyabrdan bir qədər aşağı (44%) və ötən apreldən (59%) əhəmiyyətli dərəcədə azdır”, – deyə nəşrdə bildirilib.
Respondentlərin yalnız 21%-i ölkədəki vəziyyətdən razıdır. Keçən mart ayında məmnun insanların sayı 12 faiz çox idi.
Tədqiqat yanvarın 10-dan 17-dək 5128 amerikalının iştirakı ilə aparılıb.