14 C
Baku
Saturday, April 27, 2024

Baydenin tənqidi ardından neftin qiyməti düşür

Cozef Baydenin dünyanın nəhəng neft ixracatçıları Səudiyyə Ərəbistanı və Rusiyanı Bazar günün Romada G20 samitində tənqid etməsi ardından neft qlobal miqyasda ucuzlaşır.

Banker.az xəbər verir ki, Londonun ICE qitələrarası fond birjasında yanvar fyuçersləri üzrə Brentin hər barreli 26 sent, yaxud 0.31% ucuzlaşmaqla 83.46 dollara düşüb. Bu isə geridə qoyduğumuz oktyabr ayının 13-dən bu tərəfə ən aşağı göstəricidir.

Nyu-Yorkun ICE birjasında dekabr fyuçersləri üzrə WTI neftinin hər barreli 38 sent, yaxud 0.45% azalmaqla 83.19 dollara düşüb.

Co Bayden Bazar günü iki neft ixracatçısını bazar tələbinə adekvat olaraq hasilatı təmin etmədikləri üçün tənqid etmişdi.

Baxmayaraq ki, neftə olan tələb hazırda yüksəlir, OPEC+ alyansı bu həftənin cümə axşamına olan iclasında neftin hasilatının yüksək tələb fonunda kəskin artırmayacağı siqnalları artıq öncədən verib.  Plana uyğun olaraq, maksimum 400 min barel hasilatın yüksəldilməsi gözlənilir.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər