17 C
Baku
Monday, April 29, 2024

“Bayes teoremi” və effektiv düşünmək bacarığı

Bayes teoremi sizə effektiv şəkildə düşünməyə kömək edə bilər. Bayes teoremi və yaxud Bayes qaydası mürəkkəb riyazi düstür olsa da, ondan gündəlik həyatda istifadə etmək üçün heç də riyaziyyatı əla şəkildə bilməyə ehtiyac yoxdur. 

Beləliklə, Bayes teoremi ehtimal nəzəriyyəsində “Yeni informasiya ilə qarşı-qarşıya qaldıqda həmin informasiya sizin əminliyinizi nə dərəcədə dəyişə bilər?” sualına cavab verən teoremlərdən biridir. Burada söhbət qeyri-müəyyənlik şərtlərində qərar qəbul edilməsindən və yeni faktların yaranması fonunda öz nəzəriyyələrimizi necə nəzərdən keçirməli olduğumuzdan gedir. Bu qayda həmçinin bizə çox az amillərə etibar edərək qərar verdiyimiz anda kömək edə, həmçinin geniş yayılmış səhvlərdən və düşüncəmizdəki dolaşıqlıqlardan xilas olmağa yardımçı ola bilər.

Bunun üçün isə sadəcə 100 illər ərzində özünü doğrultmuş sadə düstürdan istifadə etmək lazımdır. Tutaq ki, A adlı bir şəxs 20% əmindir ki, onun etdiyi məşqlər onu gün ərzində enerjili saxlamağa kömək edir. Belə bir sual yaranır: belə bir əminlik nəyə əsaslanır? Burada fərziyyənin doğru olmadığını güman etmək və belə bir sual ilə çıxış etmək lazımdır: bəs fərziyyə doğru olsaydı necə?! Bu zaman A adlı şəxs özündən soruşmalıdır: mən nə qədər tez-tez enerji axınını hiss edirəm? Əgər o bunu 3 gündən 1-də hiss edirsə o nəzəriyyəni zəif hesab edə bilər və təbii olaraq onun əminliyi doğruluq qazanar. Yox əgər o özünü bütün günlər ərzində əzgin və yorğun hiss edirsə Bayes nəzəriyyəsinin sübutlarını doğru hesab etmək lazımdır.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər