10 C
Baku
Thursday, December 12, 2024

Bayrama görə aprel ayının müavinət, təqaüd və ünvanlı yardımları tam ödənilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu tərəfindən Ramazan bayramı ilə əlaqədar aprel ayının müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımları qrafikdən əvvəl olmaqla bu gün tam ödənilib.

Bu barədə ƏƏSMN-in Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, aprelin 7-də Bakı, Sumqayıt şəhərləri, Abşeron rayonu, aprelin 14-də ölkənin digər bölgələri üzrə, habelə qulluq stajına görə əlavələr alan pensiyaçıların aprel ayının pensiya ödənişləri həyata keçirilib.

Beləliklə, bu ayın bütün pensiya, müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımlarının ödənişi bayram ərəfəsində yekunlaşdırılıb.

Son xəbərlər
Digər xəbərlər