-1 C
Baku
Sunday, December 15, 2024

Baytarlıq yükünün daşınması üçün tələb olunan arayışın alınması ilə bağlı dövlət rüsumu ləğv edilir

Azərbaycanda şəhər (rayon) ərazisində baytarlıq yükünün daşınması üçün tələb olunan baytarlıq arayışının alınması ilə bağlı dövlət rüsumu ləğv edilir.

Bununla bağlı “Dövlət rüsumu haqqında” qanuna dəyişiklik layihəsi Milli Məclisin bu gün keçirilən iclasında birinci oxunuşda müzakirəyə çıxarılıb.

Qanuna dəyişiklik layihəsinin şəhər (rayon) ərazisində baytarlıq yükünün daşınması üçün tələb olunan baytarlıq arayışının alınması ilə bağlı dövlət rüsumunun ləğv edilməsi ilə əlaqədar hazırlandığı bildirilib və sahibkarlığa dövlət dəstəyinin artırılması, istehlakçıların hüquqlarının qorunması, heyvan mənşəli məhsullarda kəskin qiymət artımının qarşısının alınması məqsədi daşıdığı nəzərə çatdırılıb.

Dəyişiklik I oxunuşda qəbul edilib.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər