25 C
Baku
Friday, April 19, 2024

Bazara təsir edə biləcək açıqlma: ABŞ-da hasilat 14.3% artıb

Martda ABŞ-ın neft hasilatı 14,3 faiz artaraq sutkada 11,2 milyon barelə çatıb.

Bu barədə məlumat ABŞ-ın Enerji İnformasiya Administrasiyasının (EIA) aylıq hesabatında verilib.

Fevralda gündəlik hasilat 9,8 milyon barel təşkil edib. Belə ki, kəskin hava şəraiti səbəbindən fevralda ABŞ-ın neft hasilatı 1,3 milyon barel azalıb.

EIA-nın məlumatlarına görə, martda hasilatın sutkada 1,4 milyon barel artması 2005-ci ildən bəri ən böyük aylıq artım olub.

Qeyd edək ki, martda ABŞ İrandan 1 milyon barel neft idxal edib. “Qara qızıl”ın ümumi idxalı mart ayında 179,4 milyon barel təşkil edib.

Son xəbərlər
Digər xəbərlər