Maliyyə bazarında cavan kredit təşkilatlarından biri olan “Azərbaycan Mikro-Kredit BOKT” MMC 2016-ci ilə olan maliyyə hesabatını açıqlayıb.
Hesabata görə, BOKT-nin il üzrə xalis mənfəəti ötən illə nisbətdə 2,4 dəfə artaraq 89 min manatı ötüb. Qurumun cəmi kapitalı 2015-ci il ilə müqayisədə 1,2 mln. manat və cəmi aktivləri 2 dəfəyə yaxın 4,1 mln manat olub. Təşkilatın kredit portfeli isə artaraq 3,8 mln manatdan çox olub.
Xatırladaq ki, BOKT Azərbaycan Mərkəzi Bankı tərəfindən verilmiş 25 iyun 2014 cü il tarixli xüsusi razılıq (lisenziya) əsasında fəaliyyət göstərir. Maliyyə qurumunun təsisçisi Şıxəliyev Fuad Vaqif oğludur.