13 C
Baku
Saturday, April 27, 2024

Bazarda mövqe itirən “Unicapital”ın aktivləri bu səbəbdən azalıb

“Unicapital İnvestisiya Şirkəti” ASC 2021-ci ildə aktivlərində azalma müşahidə edilib.

Banker.az xəbər verir ki, bu barədə “Baker Tilly” audit şirkətinin şirkətin hesabatı ilə bağlı verilən rəydəki göstəricilər bunu deyir. Yeri gəlmişkən, investisiya şirkəti 2020-ci ildə təqdim etdiyi 56 səhifəlik audit hesabatını bu il daha az – 7 səhifəlik audit hesabatı ilə təqdim edib.

Göstəricilərə görə, “Unicpital İ.Ş.”nin aktivlərinin həcmi 13.04 mln. Manatdan 10.3 mln. manata düşüb. Enişin səbəbi investisiya qiymətli kağızları portfelinin həcmin 10.31 mln. manatdan 3.79 mln. manata düşməsidir. Burada bir izah gətirək bildirməliyik ki, onun 2021- ci ilin əvvəlində bu portfelində 9.16 milyon manatı Maliyyə Nazirliyinin xəzinədarlıq hesabları, 1.11 milyon manatı isə korporativ istiqrazlar idi.

İnvestisiya şirkəti illər idi liderlik edirdi bazara. O BFB-nin dövriyyəsi üzrə renkinqdə bazarın ən böyük portfelli şirkəti idi. İndi isə o artıq heç ilk üçlükdə belə yer ala bilmir. Rəqibləri “PAŞA Kapital İ.Ş.”, ondan illər sonra yaranan   “CPM-İnvest İnvestisiya Şirkəti” QSC və “ABB İnvest İnvestisiya Şirkəti” QSC ilk üçlükdədirlər.

Qiymətli kağızlar bazarı üzrə renkinqdə hazırda ilk üçlükdə yer alan “ABB İnvest”in dövriyyəsi ilin ilk 4 ayında 1 milyard 662 milyon manat olduğu halda, hazırda “Unicpaital”da bu 829 milyon manatdır. Yəni ilk üçlükə düşmək üçün hansı “sürpriz” fəaliyyət olması lazım olduğunu göstəricilər bildirir artıq.

Audit rəyi göstərir ki, müştərilərə ödəniləcək vəsaitlərin həcmi 1.9 mln. manatdan 4.63 mln. manata yüksəlmiş, repo müqaviləsi üzrə borclar 8.93 mln. manatdan 3.55 mln. manata yuvarlanıb. Cari ilin yanvar ayının 1-ə əsasən şirkətin cəmi öhdəliklərinin həcmi 8.41 mln. manatdır.

Qeyd edək ki, “Unicapital İ.Ş.” 2021-ci ildə 897 min manat xalis mənfəət əldə edib. 2020-ci ildə bu rəqəm 521 min manat idi.

21212121121

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər