Bazarın seqmentasiyası –bazarın ayrı-ayrı hissələrə (seqmentlərə) bölünməsi deməkdir, bu seqmentlər müəssisələr, məhsullar, istehlakçılar ola bilər, onları eyni sementlə birləşdirən isə hamısının oxşar, ümumi cəhətlərə malik olmasıdır. Bazarın sementlərə bölünməsi müxtəlif faktorları nəzərə alaraq, müxtəlif üsullarla həyata keçirilə bilər. Seqmentasiya obyektləri – istehlakçılar, məhsullar (məmulat və xidmətlər), müəssisələr ola bilər.
İstehlakçılar yaşadıqları regionun coğrafi xüsusiyyətlərinə, demoqrafik əlamətlərinə, gəlirlərinin səviyyəsinə və həmçinin paylaşmalı olduğu tarixi talelərinin oxşarlığına görə sementlərə bölünə bilər; məhsullar istifadə etmə qaydalarına, tətbiq sahələrinə, müəssisələr isə özül və ya dövlət sektoruna mənsubluğuna, həmçinin sənayenin hansı sahəsinə aid olmasına, istifadə etdiyi satış texnikasının növünə və reklam növlərinə görə sementlərə ayrıla bilər.
Bazarın seqmentlərə bölünməsi marketinqdə geniş istifadə olunan alətlərdən biridir. Müəssisənin rəqabət meydanında müvəffəqiyyət qazanması, bazarın hansı seqmentinin hədəf olaraq nə dərəcədə uğurla seçimindən asılı olacaq. Amma istənilən halda bazarın seqmentasiyasını hansı kriteri (meyar) və əlamətlər əsasında aparmağı bilmək lazımdır.
Kriteri (meyar) – müəssisə üçün bu və ya digər bazar seqmentinin seçilməsinin qiymətləndirmə üsuludur, əlamətlər isə bazarın həmin sementinin sahib olduğu xüsusiyyətlərdir.