13 C
Baku
Friday, March 29, 2024

“Bazarstore”də Belarus broyler məhsulları “Bütöv kənd toyuğu” adı ilə satılıb

Bakının “8-ci km”, “3-cü mikrorayon” bazarlarında, həmçinin “Bazarstore” marketlər şəbəkəsində quş ətinin satışı zamanı nöqsanlar aşkarlanıb.

Bunu “Qaraqaşlı Broyler”in nümayəndəsi Vaqif Hüseynov, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyin (AQTA) rəhbərliyi ilə onlayn formatda keçirilən görüşdə çıxış edərkən deyib.

Onun sözlərinə görə, adı çəkilən ticarət obyektləri 800 qramlıq toyuqları satarkən əhalini aldadırlar.

““Bazarstore”də Belarusdakı broyler müəssisəsinin istehsalı olan bu məhsulları “Bütöv kənd toyuğu” adı ilə satırlar. Bu, istehlakçıların aldadılmasıdır. Üstəlik, toyuğun aylıq istehlak müddətinin bitməsinə cəmi 1 ay qalıb”, – deyə Vaqif Hüseynov qeyd edib.

AQTA sədri Qoşqar Təhməzli səslənən məlumatla bağlı Agentliyin rəsmilərinə dərhal tədbir görülməsini tapşırıb.

Səsləndirilən məlumatdan aydın olub ki, aşkarlanan faktlar əvvəldən təqdim olunub və artıq AQTA-nın müvafiq qurumları fəaliyyətə başlayıblar.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər