6 C
Baku
Monday, December 16, 2024

BEA 2022-ci il üçün Azərbaycanda neft hasilatı ilə bağlı proqnozlarını açıqladı

Beynəlxalq Enerji Agentliyi (BEA) 2022-ci ildə Azərbaycanda neft hasilatının sutkada 0,7 milyon barrelə çatacağını gözləyir.

Bu barədə Agentlik məlumat verib.

BEA Azərbaycanda neft hasilatını birinci rübdə 0,7 milyon barel, ikinci və üçüncü rüblərdə isə 0,69 milyon barel səviyyəsində proqnozlaşdırır. 2022-ci ilin dördüncü rübü üçün proqnoz hələ dərc edilməyib.

BEA-nın qiymətləndirməsinə görə, 2021-ci ildə Azərbaycanda neft hasilatı birinci rübdə sutkada 0,7 milyon barel, ikinci rübdə sutkada 0,69 milyon barel, üçüncü və dördüncü rüblərdə isə 0,71 milyon barel təşkil edib.

Qeyd edək ki, Azərbaycan 2022-ci ilin aprelində OPEC ölkələrinin və kartelə daxil olmayan dövlətlərin nazirlərinin 26-cı iclasında qəbul edilmiş gündəlik neft hasilatının 400 min barel artırılması qərarını dəstəkləyib.

 

 

Son xəbərlər
Digər xəbərlər