14 C
Baku
Monday, November 3, 2025

BƏƏ naziri əl-Cabir: Qlobal maye qaz tələbi 2040-cı ilə qədər 50% artacaq

Qlobal səviyyədə mayeləşdirilmiş təbii qaz (LNG) tələbi 2040-cı ilə qədər 50% artacaq, neftə tələbat isə yenə də sutkada 100 milyon bareldən çox olacaq. Bu barədə Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) sənaye və qabaqcıl texnologiyalar naziri, ADNOC neft şirkətinin rəhbəri Sultan bin Əhməd əl-Cabir bildirib.

“Bərpa olunan enerji mənbələrindən enerji istehsalına tələbat iki dəfədən çox artacaq, LNG-yə tələbat 50% artacaq, aviasiya yanacağına tələbat 30%-dən çox artacaq, neftə tələbat isə yenə də sutkada 100 milyon barreldən çox olacaq”, — deyə nazir Əbu-Dabidə keçirilən ADIPEC neft-qaz konfransının açılışında bildirib.

Onun sözlərinə görə, enerji daşıyıcılarına olan tələbatın artımı şəhərləşmənin genişlənməsi və 2040-cı ilə qədər məlumat emalı mərkəzlərinin gücünün dörd dəfə artması ilə əlaqədar olacaq. Bundan əlavə, qlobal aviaşirkət parkı iki dəfə artaraq 25 min təyyarədən 50 minə çatacaq.

Son xəbərlər
Digər xəbərlər