Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) prezidenti Məhəmməd bin Zayed Əl Nəhyanın təyyarəsi Moskvanın “Vnukovo” hava limanına enib.
Kreml bildirib ki, bin Zayed Əl Nəhya Rusiyaya rəsmi səfəri çərçivəsində avqustun 7-də prezident Vladimir Putinlə danışıqlar aparacaq. Görüş iştirakçılarının Rusiya və BƏƏ arasında çoxşaxəli əməkdaşlığının vəziyyəti və gələcək inkişaf perspektivlərini müzakirə edəcəyi gözlənilir.
Putinlə bin Zayed Əl Nəhya sonuncu dəfə iyunun sonunda görüşüb. Liderlər Ukrayna münaqişəsini müzakirə ediblər.