18 C
Baku
Thursday, April 18, 2024

Bekhem artıq Böyük Britaniyada ən varlı idmançı deyil

“Formula 1” üzrə altıqat dünya çempionu Lüis Hemilton Böyük Britaniyanın ən varlı idmançısı sayılıb.

“Sunday Times” nəşri “Mercedes” pilotunun 275 milyon ABŞ dollarının olduğunu yazıb. Ötən bir ildə Hemilton 45 milyon ABŞ dolları qazanıb. Beləliklə, o, nəşrin reytinqinin hazırlandığı 32 illik dövrdə ən varlı idmançıya çevrilib.

Əvvəlki rekord əfsanəvi futbolçu Devid Bekhemə məxsus olub. Bekhemin 2013-cü ildə əmlakı 243 milyon ABŞ dolları təşkil edib.

Ən varlı idmançılar siyahısına qolfçu Rori Makilroy da düşüb. Onun var-dövləti 207 milyon dollarla qiymətləndirilir. Üçüncü yer isə 139 milyon ABŞ dollarına malik futbolçu Qaret Beylə məxsusdur.

Qeyd edək ki, “Formula 1″də yeni mövsümün startı koronavirus pandemiyası ilə əlaqədar təxirə salınıb

MənbəReport.az
Son xəbərlər
Digər xəbərlər