6 C
Baku
Monday, December 16, 2024

Belarus AZAL-ın qarşısında şərt qoyub

Belarus bu ölkəyə uçuşların yerinə yetirilməsi ilə bağlı “Azərbaycan Hava Yolları” QSC (AZAL) qarşısında şərt qoyub. Bbunu jurnalistlərə AZAL-ın vitse-prezidenti Arif Məmmədov deyib.

Onun sözlərinə görə, Belarusun müvafiq dövlət qurumu hesab edir ki, AZAL-ın təklif etdiyi tariflər olduqca aşağıdır: “Bu gün Belarusun aidiyyatı qurumundan bizə məktub gəlib. Məktubda bildirilir ki, aprelin 15-dən AZAL ora uçuşları dayandırmalıdır. Buna səbəb bizim təklif etdiyimiz tariflərin aşağı olmasıdır. Belarus tərəfi bizə deyir ki, Azərbaycan bileti çox ucuz satır.

Tələb edirlər ki, əvvəl qiymətləri onlarla razılaşdıraq, rəqabət apardığımız şirkətə problem yaratmayaq. Halbuki, biz qiymətləri aşağı salmaq istəyirdik. Bununla bağlı, hər iki ölkənin müvafiq strukturları arasında danışıqlar aparılacaq. Bizim qarşımızda qiymətin artırılması ilə bağlı tələb qoyulub. Yəqin ki, kompromisə gediləcək”.

 

-APA

Son xəbərlər
Digər xəbərlər