-1 C
Baku
Sunday, December 15, 2024

Belarus fevraldan bu tərəfə Azərbaycandan neft almır

Belarus 2022-ci ilin fevralından bu tərəfə bir barrel belə Azərbaycandan neft almayıb.

Bu barədə Banker.az-ın gömrük orqanından əldə etdiyi statistikada deyilir.

Belarus sonuncu dəfə Azərbaycandan fevralda neft alıb. Həmin zaman Azərbaycandan 618.87 min barrel cəmi neft alıb. Bunun da ixrac dəyəri 84 milyon 893 min ABŞ dolları təşkil edib.

Qeyd edək ki, Dövlət Gömrük Komitəsinin açıqlamasında 2022-ci ilin yanvar-avqust aylarında Azərbaycandan xaricə 17.984 mln. ton həcmində xam neft satıb ki, bu da 13 milyard 724.35 milyon ABŞ dolları deməkdir.

 

Son xəbərlər
Digər xəbərlər