21 C
Baku
Saturday, May 4, 2024

Belarus istehsalı ilk noutbukun qiyməti məlum oldu

Prezident Aleksandr Lukaşenkonun təqdim etdiyi ilk Belarus istehsalı noutbuk 86 modifikasiyada satılacaq.

Onun baza qiyməti 1300 Belarus rublu (təxminən 865 azn) olacaq.

Eyniadlı zavodda yığılan “Horizon” adlı noutbukun ətraflı texniki xüsusiyyətləri açıqlanmır.

Məlumdur ki, noutbukda SODIMM RAM, HDD və ya SSD üçün yuva, həmçinin USB Type-C, klassik USB-A və HDMI konnektorları var.

“Horizon” “Windows 11” əməliyyat sistemi ilə işləyir və gələcəkdə onun Belarus proqram təminatına keçməsi planlaşdırılır. Bundan əlavə, noutbuk artıq BIOS-un Belarus versiyası ilə təchiz edilib.

Onun kütləvi istehsal tarixi məlum deyil.

MənbəOxu.az
Son xəbərlər
 ⁠
Digər xəbərlər