18 C
Baku
Sunday, September 8, 2024

Belarus Litva ilə sərhədə hərbi texnika yerləşdirib

Aprelin 6-na keçən gecə Belarus Litva ilə sərhədə hərbi texnika yerləşdirib. 20 texnikadan ibarət eşelon Litva sərhədindən 9 kilometr aralıda yerləşən Qudoqay stansiyasına gəlib.

Bura ən azı 10-15 ədəd T-72B/B3 tankı, zirehli transportyor, piyadaların döyüş maşınları və MT-LB daxildir. Qeyd olunur ki, Belarus Silahlı Qüvvələrinin Minskin Uruçça rayonuna dislokasiya olunan 120-ci briqadasının texnikası təhvil verilib.

Monitorinq qrupunun məlumatına görə, eşelonun formalaşması gün ərzində, aprelin 5-də “Ozerişe” stansiyasında baş tutub. Oradan qatar Litva sərhədinə gedib.

 

 

MənbəApa
Son xəbərlər
Digər xəbərlər