Belarus Ukrayna ilə sərhədə yaxın 14 rayonunda təhlükəsizlik tədbirlərini gücləndirilib.
Bu barədə Belarusun daxili işlər naziri İvan Kubrakov bildirib.
“Prezidentə Ukrayna ilə sərhəddə yaşayan vətəndaşlarımızın təhlükəsizliyinin təmin edilməsi istiqamətində görülən tədbirlər barədə məlumat verildi. Biz Brest və Qomel vilayətlərinin 14 rayonunun ərazisində təhlükəsizlik tədbirlərini gücləndirmişik”, – Kubrakov bildirib.
Onun sözlərinə görə, bu rayonlarda əlavə xüsusi təyinatlılar, xüsusi təyinatlı polis bölmələri işləyir. Bununla da vətəndaşların təhlükəsizliyi təmin edilir.