Belarusun “Horizon” fabriki ilk yerli noutbukların kütləvi istehsalına və satışına başlayıb.
Bu barədə “BelTA” agentliyi məlumat yayıb.
“İlk Belarus noutbuku bazara “H-book MAC4” modeli ilə daxil olur. Bu, ən yaxşı təcrübələr və texnologiyalar əsasında hazırlanıb. Bu, keyfiyyət və performans baxımından tanınmış brendlərlə müqayisə olunan müasir kompüterdir”, – deyə açıqlamada bildirilir.
Məlumata görə, “H-book MAC 4″ün bazası “Intel Core 11” prosessoru ilə hazırlanıb.