Belarus qonşu dövlətlərlə döyüşmək niyyətində deyil.
Bunu Belarusun müdafiə naziri Viktor Xrenin bildirib.
“Biz litvalılar, polyaklar, ukraynalılarla döyüşmək istəmirik. Əgər onlar istəməsələr və yanlış addımlar atmasalar, müharibə olmayacaq”, – nazir deyib
Nazir, həmçinin qeyd edib ki, ölkənin silahlı qüvvələrinin planları müdafiə xarakteri daşıyır, lakin təcavüz halında dərhal və sərt cavab veriləcək.