6 C
Baku
Sunday, December 15, 2024

Belçika ilin sonuna kimi Moldovada səfirlik açacaq

Belçika ilin sonuna kimi Kişinyovda səfirliyini açacaq.

Bunu Moldova parlamentinin sədri İqor Qrosu Brüsseldə bu ölkənin qanunverici orqanının rəhbərliyi ilə görüşdən sonra deyib.

“Belçika Krallığı Parlamentinin rəhbərliyi ilə yaxşı danışıqlar aparıldı. Tərəflər parlament səviyyəsində dialoqun bərpası barədə razılığa gəliblər” – deyə Qrosu bildirib.

Qrosunun səfər proqramına Avropa Parlamentində və NATO baş katibinin müavini Mirça Koana ilə danışıqlar da daxildir.

Son xəbərlər
Digər xəbərlər