10 C
Baku
Thursday, December 12, 2024

Belçika Rusiyanın €50.5 mlrd. dəyərində aktivlərini dondurub

Belçika hakimiyyəti Rusiyanın fiziki və hüquqi şəxslərinə məxsus 50.5 milyard avro vəsaiti dondurub. Bu barədə “Nieuwsblad” qəzeti Belçika Maliyyə Nazirliyinin nümayəndəsi Frensis Adinsə istinadən məlumat yayıb.

Bu 50.5 milyard avroya Belçikada yerləşən pul vəsaitləri və səhmlər kimi bütün növ maliyyə aktivləri daxildir. Onlar 1229 fiziki şəxsə – siyasətçilərə və oliqarxlara, sanksiya altında olan 110 təşkilata, o cümlədən banklar və korporasiyalara məxsusdur.

Banker.az bu barədə “Kommersant”a istinadən xəbər verir.

Aprel ayında Brüsseldə Rusiyanın dondurulmuş aktivləri ilə bağlı daha bir rəqəm açıqlandı – 3.5 milyard avro. Nəşrin yazdığına görə, üç həftə əvvəl Avropanın ədliyyə komissarı Didye Reynders həmin vaxt 13.8 milyard avro məbləğində vəsaitin dondurulduğunu açıqlamışdı.

İyulun 13-də Fond Bazarı İştirakçılarının Milli Assosiasiyası bildirib ki, Rusiya investorlarının Avropadakı dondurulmuş xarici aktivlərinin həcmi təxminən 30 milyard dollar təşkil edir. Xarici investorların Rusiya səhm və istiqrazlarında dondurulmuş aktivləri təxminən 312 milyard dollar həcmində qiymətləndirilir.

Son xəbərlər
Digər xəbərlər