14 C
Baku
Thursday, April 25, 2024

Belçikada komiksli pasportlar istifadəyə verilir – Foto

Belçikada fevralın 7-dən ölkə vətəndaşları üçün özündə komiks qəhrəmanlarını və səhnələrini əks etdirən yeni xarici pasportlar istifadəyə veriləcək.

Bu barədə məlumatı “RTBF” telekanalı yayıb.

Yeni pasportların üzərində “The Smurfs” (“Şirinlər) və “Müxbir Tintin”in təsvirlərinə rast gəlinəcək.

Belçikanın xarici işlər naziri Sofi Vilmesin sözlərinə görə, pasportların yeni dizaynı ölkəni, onun mədəniyyət və incəsənətini yaxşı təmsil edir.

Qeyd edək ki, Belçika vətəndaşları üçün xarici pasport ölkənin vizasız səyahət əlaqələri olmadığı ölkələrə getmək üçün tələb olunur. Belçikalılar gündəlik həyatda plastik şəxsiyyət vəsiqəsindən istifadə edirlər.

belgique2 belgique1

MənbəQafqazinfo
Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər