18 C
Baku
Monday, May 13, 2024

Ben Casnocha: Zəif cəhətlərimizlə mübarizə aparmalıyıq, yoxsa yox?

İnkişafına investisiya qoyduğun zaman diqqətini daha çox nələrə yönəltməlisən?

Amerikanın ən gənc sahibkarlarında  biri, populyar blogger və “Startap kimi həyat” kitabın müəllifi Ben Casnocha, öz bloqunda faydalı bacarıqlar, inkişaf və oxuduğu kitablar haqqında danışır. 

Tutaq ki, mövcud bacarıq və biliklərinizi üç kateqoriyaya ayırdınız: aşağı səviyyə, orta səviyyə və yüksək səviyyə. Bəzi mövzularda heç bir təcrübə və ya biliyə malik deyilsiniz (aşağı səviyyə), bəzilərində bir şey bilirsiniz (orta səviyyə), digərlərində isə yaxşı baş aça bilirsiniz (yüksək səviyyə). 

Əgər həqiqətən də inkişafınıza investisiya qoymaq istəyirsinizsə, vaxtınızı daha çox nələrə sərf etsəniz yaxşı olar? Aşağı, orta, yoxsa yüksək səviyyəli bacarıqlara? 

Gəlin, hər üç ssenarini nəzərdən keçirək və əldə edəcəyimiz nəticələrə baxaq. 

Savadsızlıqdan baza səviyyəsinə keçmək: Sörfinq haqqında heç nə bilmirsiniz, amma 20 saatlıq məşqdən sonra elementar səviyyəyə çatacaqsınız. İslam dini haqqında heç nə bilmirsiniz, amma çalışsanız əsas faktlar yadınızda qalacaq. “Twitter” sözünü eşidəndə özünü itirirsiniz, amma bu məsələni bir az araşdırandan sonra onun sosial medianın ekosistemindəki rolunu başa düşəcəksiniz. 

Bir şey haqqında anlayışınız sıfırdan hər hansı bir səviyyəyə qədər yüksələndə, bu bilik və bacarıqlar assosiativ xarakter kəsb etməyə başlayır. İnsanların kreativliyi – bildiyimiz şeylərlə xatirələr arasındakı əlaqəni görmək bacarığıdır. Hər hansı bir mövzunu kifayət qədər yaxşı bildiyiniz zaman beyində onunla əlaqəli metaforalar yaranmağa başlayır. (Metaforalar isə yeni ideyaların vasitəçisidir) Məsələn, mən İtaliya siyasətinin mütəxəssisi deyiləm, amma  qeyri-sabitliyin bu ölkə üçün norma olduğunu başa düşmək kifayət qədər məlumatlıyam. Buna görə də bu mövzu ilə bağlı müzakirələrə qoşula bilirəm. 

Cəhalətdən aşağı səviyyəyə keçid sizi çox dəyişə bilər. Bəli, başlamaq çətindir. Coş Kaufman “İlk 20 saat” kitabında qeyd edir ki, ilk başlayanda özünü axmaq biri kimi hiss edir, özünü itirir. Lakin davam etmək vacibdir. Mənə gəldikdə, korporativ maliyyə, Avropanın tarixi və bəzi rəqs növləri haqqında daha çox məlumat əldə etməyi düşünürəm. 

Baza səviyyədən orta inkişaf səviyyəsinə keçid: artıq məlumatlı olduğunuz sahədə özünü təkmilləşdirmək daha asan və etibarlıdır. Mən, məsələn, şahmat oynamağı bacarıram. Bu oyuna bir az vaxt sərf etsəm, əlbəttə ki, daha yaxşı oyunçu ola bilərəm. Bununla yanaşı, əlimdəki biliklərdən həyatın digər sahələrində istifadə etməyi bacarıram: şahmatdakı metaforaları misal çəkirəm. Buna görə də bu mövzuda qısamüddətli düzəlişlər məni maraqlandırmır. 

Orta səviyyədən yüksək səviyyəyə keçid: artıq yaxşı nəticələr əldə etdiyiniz sahədə özünü təkmilləşdirmək – bu biznes ideya Markus Bakinqem kimi düşünənlərin sayəsində populyarlaşıb və güclü tərəflərinizə investisiya qoymağın vacibliyini bir daha sübut edir. Lakin bir çox insan bunu görmür, çünki məktəb illərindən bizə zəif cəhətlərimiz üzərində işləməyi öyrədirlər. Valideynlər və müəllimlər “üç” və “dörd” lərə diqqət edirlər, “beş” lərə yox. Buna görə də, yetkinlik dövründə “güclü tərəflər dini” nə keçə bilsəniz, çoxlarını geridə qoymuş olacaqsınız. Əgər bütün diqqətinizi təbii və ya sonradan topladığınız üstünlüklərə yönəltsəniz, bu işin ustası olacaqsınız. Nadir və dəyərli olan bacarıqların ustalığı  – gözəl karyeranın mahiyyətidir. Məsələn, mən kommunikasiya, onlayn-media, ispan dili və şəbəkə sahəsində yüksək biliklərə sahibəm. Bu səhələrdən birində 95% sənətkarlıq səviyyəsindən 99% səviyyəsinə qalxa biləcəyim fikri məni “silkələyir”. 

Nəticə: Dünya səviyyəsində mütəxəssis və ya bazarın ehtiyac duyduğu bir şeydə mükəmməl səviyyəyə çatmaq çox faydalıdır. Lakin orta və aşağı səviyyəli bilikləri təkmilləşdirmək çox da önəmli deyil. Buna görə: aşağı və yüksək səviyyəli bilik və bacarıqlara investisiya edin – hər biri faydalı olacaq. 

Son xəbərlər
 ⁠
Digər xəbərlər